Əsas Səhifə > Maraq > “Şerif”in futbolçusu: Bakıdakı matçda daha aqressiv olmalıyıq

“Şerif”in futbolçusu: Bakıdakı matçda daha aqressiv olmalıyıq


17-07-2024, 14:57


“Şerif”in “Zirə” ilə ilk oyununu izləmişəm. Məğlub olmağımız bizi məyus etdi”.

BrendSport.az
xəbər verir ki, bu sözləri Moldovanın “Şerif” komandasının yeni transferi Qideon Uçe Qudlad Avropa Liqasının I təsnifat mərhələsində evdə “Zirə”yə qarşı keçirdikləri ilk oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı hücumameyilli yarımmüdafiəçi cavab görüşünə daha yaxşı hazırlaşdıqlarını bildirib: “Səhvlərimizi birlikdə müzakirə etdik. Komandada yeni transferlər var. Hazırda bəzi futbolçular bir-biri ilə anlaşma cəhətdən problem yaşayırlar. Düzdür, vaxtımız yoxdur. Çalışırıq ki, uğurlu nəticə əldə edək. Bakıda keçiriləcək matçda daha aqressiv olmalıyıq. Cavab oyunu ilə bağlı müsbət düşünürük. “Zirə”yə qalib gələcəyimizə inanıram”.

Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə"-"Şerif" matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb.
Geri qayıt