Əsas Səhifə > Maraq > "Sabah"ın hazırlıq planında dəyişiklik edilib

"Sabah"ın hazırlıq planında dəyişiklik edilib


16-07-2024, 14:20


Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik edilib.

BrendSport.az
xəbər verir ki, Bakı təmsilçisi iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, Macarıstana yola düşəcək.

Paytaxt klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə Macarıstanda keçiriləcək ilk oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Qeyd edək ki, iyulun 25-də Kişvarda şəhərində oynanılacaq “Makkabi”-“Sabah” görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Komandalar arasında cavab matçı isə avqustun 1-də Bakıda olacaq.
Geri qayıt