Əsas Səhifə > Maraq > Azərbaycan taekvondoçusu Paris Olimpiadasına türkiyəli idmançı ilə hazırlaşır

Azərbaycan taekvondoçusu Paris Olimpiadasına türkiyəli idmançı ilə hazırlaşır


15-07-2024, 16:30


Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

BrendSport.az
xəbər verir ki, 58 kiloqram çəkidə mübarizə aparan idmançı federasiyanın zalında məşq edir.

Toplanışa türkiyəli Ömər Faruk da dəvət edilib. Gənclər arasında Avropa çempionu, Multi Avropa Oyunları, "Spanish Open", "Bosnia Herzegovina Open", "Sofia Open"in qızıl medalçısı, "Turkish Open" və Prezident Kubokunun üçqat qalibi ilə hazırlıq taekvondoçumuzun “Paris-2024”də daha uğurlu çıxışına hesablanıb.

Akdeniz Oyunlarında da fəxri kürsüdə yer almış qardaş ölkə idmançısı ilə sınaq döyüşləri də keçirilir.
Geri qayıt