Əsas Səhifə > Maraq > Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib


15-07-2024, 15:08


Azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsini – Nanqa Parbatı (8125 metr) fəth edib.

BrendSport.az
xəbər verir ki, idmançı Nanqa Parbata əlavə oksigendən istifadə etmədən qalxıb.

Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.

Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
Geri qayıt