Əsas Səhifə > Maraq > Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək

Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək


12-07-2024, 12:55


Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq.

Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.

Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. R.Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.

Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.
Geri qayıt