Əsas Səhifə > Maraq > Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb

Paris Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb


12-07-2024, 14:35


Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

BrendSport.az
xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsinin rəhbəri Toni Estanq bildirib.

T.Estanq Fransanın paytaxtında baş tutacaq Olimpiya Oyunlarına 8,6 milyon bilet, Paralimpiya Oyunlarına isə 1 milyondan çox bilet satıldığını və bunun rekord göstərici olduğunu söyləyib. O, bundan əvvəlki rekordun (8,3 milyon bilet) ABŞ-nin Atalanta şəhərində keçirilən olimpiadaya məxsus olduğunu vurğulayıb.

Qeyd edək ki, Paris-2024 iyulun 26-dan avqustun 11-nə, paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
Geri qayıt