Əsas Səhifə > Maraq > “Zirə” klubu Avropa Liqasında mübarizəyə başlayır

“Zirə” klubu Avropa Liqasında mübarizəyə başlayır


11-07-2024, 10:30


Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Zirə” bu gün turnirdə mübarizəyə start verəcək.

BrendSport.az
xəbər verir ki, “qartallar” I təsnifat mərhələsinin ilk oyununda Moldovada “Şerif” komandası ilə qarşılaşacaq. “Şerif Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda olacaq.
Geri qayıt