Əsas Səhifə > Maraq > Avropa çempionatı: Azərbaycan basketbol millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurub

Avropa çempionatı: Azərbaycan basketbol millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurub


11-07-2024, 14:12


Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib. Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqəni təmin edən komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.
Geri qayıt