Əsas Səhifə > Maraq > Konfrans Liqası: “Sabah”–“Makkabi” matçının başlama saatı açıqlanıb

Konfrans Liqası: “Sabah”–“Makkabi” matçının başlama saatı açıqlanıb


8-07-2024, 16:40


Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək cavab oyununun vaxtı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun isə iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.
Geri qayıt