Əsas Səhifə > Maraq > Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazanıb
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə iki medal qazanıb8-07-2024, 12:55 |
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada şəhərində keçirilmiş beynəlxalq turnirdə iki medal qazanıb. BrendSport.az xəbər verir ki, dünya reytinqində 14-cü olan, Avropada isə "Top-5"də qərarlaşan idmançı şəxsi yarışda A qrupunu lider başa vuraraq pley-offa yüksəlib. 1/4 və yarımfinal görüşlərində də qələbə qazanan Azərbaycan təmsilçisi finalda hindistanlı Jatin Azada 0:2 (14-21,16-21) hesabı ilə uduzub. O, kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında məğlub olub. Qrupda 2 qələbə qazanaraq yarımfinala yüksələn İbrahim Əliyev-Karan Paneer (Hindistan) cütü burada 3 setin yekununda Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan görüş də gərgin mübarizə şəraitində keçərək 3 set davam edib - 17-21, 21-18, 10-21. Qeyd edək ki, İbrahim Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl olaraq üçüncü il mükafatçılar sırasında yer alıb. O, 2022-2023-cü illərdə şəxsi yarışlarda bürünc, qoşa yarışlarda isə gümüş medal qazanıb. Geri qayıt |