Əsas Səhifə > Maraq > Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb


8-07-2024, 13:06


Azərbaycanın idman gimnastı Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, idmançı tamblinq növündə fəxri kürsünün ən yüksək pilləsində qalxıb.

Digər idman gimnastımız Tofiq Əliyev isə yarışı 4-cü pillədə bitirib.
Geri qayıt