Əsas Səhifə > Maraq > Azərbaycan “Paris-2024”ə daha bir lisenziya qazanıb

Azərbaycan “Paris-2024”ə daha bir lisenziya qazanıb


8-07-2024, 15:32


BrendSport.az xəbər verir ki, parakamandan oxatma üzrə milli komandamızın üzvü Cahan Musayev Oyunlarda iştirak edəcək.

MPK tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinə göndərilən sorğu əsasında idmançıya nüfuzlu yarışda iştirak hüququ ("bipartite") verilib.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Geri qayıt