Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb

Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb


6-07-2024, 11:28


“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.
Geri qayıt