Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar


3-07-2024, 18:00


Azərbaycan cüdoçularının “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı davam edir

BrendSport.az
xəbər verir ki, milli komandanın üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.

Hazırlıq prosesində qadınlardan, böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dan çox idmançısı iştirak edir. Toplanış iyulun 6-dək davam edəcək.

Cüdoçular Paris Olimpiadasına hazırlığın son mərhələsini Bakıda tamamlayacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək.
Geri qayıt