Əsas Səhifə > Maraq > Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib


2-07-2024, 15:05


İspaniyanın Saraqosa şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları məlum olub.

BrendSport.az
xəbər verir ki, ölkəmizi qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil edəcəklər.

Turnirdə ölkəmizdən iki hakim - Nigar Abdusalimova ilə Vəfa Bəkərova ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış iyulun 5-6-da baş tutacaq.
Geri qayıt