Əsas Səhifə > Maraq > Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb

Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb


2-07-2024, 12:40


Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan sərbəst güləş üzrə Azərbaycan millisi Vətənə dönüb.

BrendSport.az
xəbər verir ki, güləşçiləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Novi Sad şəhərində keçirilmiş yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş yığması yekunda 160 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Geri qayıt