Əsas Səhifə > Maraq > Azərbaycan avarçəkənləri Avstriyada beş medal qazanıblar

Azərbaycan avarçəkənləri Avstriyada beş medal qazanıblar


1-07-2024, 15:40


Azərbaycan avarçəkənləri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq reqatada uğurla çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, 120-ci dəfə təşkil olunan yarışda iştirak edən komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Böyüklər arasında akademik avarçəkmə üzrə yığmanın lideri Bəhmən Nəsiri 2000 metr məsafəyə yürüşlərdə A finalında qızıl medala sahib olub. Murad Sadıxov 3-cü yer tutub. Eyni məsafədə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə A finalında finişi ikinci yerdə keçib.

Gənclər arasında Nurlan Paşayev 2000 metr məsafədə A finalında birinci olub. Yeniyetmələr arasında bir nəfərlik qayıqda 1500 metr məsafəyə yürüşlərdə Azər İlyasov A finalında bürünc medal qazanıb.




Geri qayıt