Əsas Səhifə > Maraq > Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar
Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar1-07-2024, 13:30 |
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarına 1 qızıl və 1 bürünc medalla start veriblər. BrendSport.az xəbər verir ki, 44 kiloqramda yarışan Qurban Məcnunov finalda Şimali koreyalı Sim Kim Conla üz-üzə gəlib. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər güləşçi Yusif Mirzəyev (38 kiloqram) isə 3-cü yer uğrunda qarşılaşmada tacikistanlı Muhəmmədnəsin İbodulayevdan üstün olub. Geri qayıt |