Əsas Səhifə > Maraq > Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar


29-06-2024, 16:30


Azərbaycanın 3 qadın güləşçisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 54 kiloqram çəkidə mübarizə aparan Rəna Nuriyeva yarımfinalda rusiyalı Evgeniya Kuskovanı yenərək finala çıxsa da, həlledici qarşılaşmada qırğızıstanlı Adinay Baizkulovaya uduzub və gümüş medalla kifayətlənib.

62 kiloqram çəki dərəcəsində yarışan Simura Abdullayeva bürünc medal uğrunda görüşdə rusiyalı Paraşkovya Uşnitskayanı məğlub edib.

39 kiloqramda mübarizə aparan Gülnar Ağadadaşova isə belaruslu Anastasiya Nekleyeva üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Geri qayıt