Əsas Səhifə > Maraq > Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub


26-06-2024, 16:18


Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Şerif” və "Zirə" komandaları arasında ilk oyunun hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, iyulun 11-də Tiraspolda baş tutacaq matçı isveçrəli hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Alessandro Dudiç olacaq. Ona yan xətt hakimləri Paskal Hirzel və Susan Küng kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Anoyen Kanaqasinqam yerinə yetirəcək.
Geri qayıt