Əsas Səhifə > Maraq > "Real Madrid"in yetirməsi 23 ildən sonra komandanı tərk edib

"Real Madrid"in yetirməsi 23 ildən sonra komandanı tərk edib


25-06-2024, 14:23


İspaniya millisinin futbolçusu Naço Fernandes "Real Madrid" komandasından ayrılıb.

BrendSport.az
xəbər verir ki, Madrid təmsilçisinin yetirməsi olan 34 yaşlı müdafiəçi 23 ildən "kral klubu"nu tərk edib.

Təcrübəli oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. O, "Əl-Kadisiya" klubu ilə 2 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, Naço Fernandes hazırda Avropa çempionatında çıxışını davam etdirən İspaniya yığmasına da cəlb olunub.
Geri qayıt