Əsas Səhifə > Maraq > “Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

“Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq


24-06-2024, 18:21


“Səbail”in 2024/2025-ci illər mövsümü üçün yay hazırlıq planı bəlli olub.

BrendSport.az
xəbər verir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək. “Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqasında çıxış edən “Hatayspor”la qarşılaşacaq. Sonuncu rəqib və oyunların başlama vaxtı bəlli deyil.

Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
Geri qayıt