Əsas Səhifə > Maraq > “Fənərbağça” ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb
“Fənərbağça” ilk transferini reallaşdırıb, kapitanı ilə müqaviləni uzadıb21-06-2024, 14:58 |
Türkiyənin “Fənərbağça” komandası kapitanı Mərt Hakan Yandaşla müqavilənin müddətini uzadıb. BrendSport.az xəbər verir ki, yarımmüdafiəçi daha 2 il İstanbul təmsilçisinin formasını geyinəcək. Superliqa təmsilçisi “Fatih Karagümrük”dən Levent Özcanı isə heyətinə qatıb. 23 yaşlı oyunçu ilə 4 illik sözləşmə imzalanıb. Qeyd edək ki, “Fənərbağça” ötən mövsüm Türkiyə çempionatını 2-ci pillədə başa vurub. Komanda bu gündən yeni baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında 2024/2025-ci illər mövsümünün hazırlıqlarına start verib. Geri qayıt |