Əsas Səhifə > Maraq > Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub

Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub


20-06-2024, 17:46


Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, idmançı AWPC versiyası üzrə “bench-press” hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə qitə çempionu olub. O, həmçinin yeni Avropa rekorduna imza atıb və yarışın mütləq çempionu adına layiq görülüb.

Bundan başqa, Seymur Quliyev, Razim Hüseynov, Əli Əsgərov, Samir Məmmədov və Elmir Tarverdiyev də 1-ci yerə layiq görülüblər. S.Quliyev və R.Hüseynov həm də yeni yeni Avropa rekordu müəyyənləşdiriblər.

Əli Əsgərov və Razim Hüseynov da yarışın mütləq çempionu adına yiyələniblər.

Yığmanın qadın üzvü Jalə Əzizova gümüş isə gümüş mükafatla kifayətlənib.

Bununla da Azərbaycan millisi yarışı 6 qızıl və 1 gümüş medalla tamamlayıb. Yığma komanda hesabında 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında Finlandiya, İtaliya, İngiltərə, Fransa, Macarıstan, İrlandiya, Polşa, İsveç, Misir, Portuqaliya, Əlcəzair və digər ölkələrdən 600 -ə yaxın idmançı mübarizə aparıb.
Geri qayıt