Əsas Səhifə > Maraq > Xəzər rayon məktəbləri arasında "Şahin" hərbi idman oyunları

Xəzər rayon məktəbləri arasında "Şahin" hərbi idman oyunları


17-04-2018, 00:00


Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Təhsil İdarəsi,Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi idman oyunu keçirilib.

Xəzər rayon Gənclər və İdman idarəsindən BrendSport.az saytına verilən məlumata görə, yarışda I yeri 206 saylı tam orta məktəb, II yeri 185 saylı tam orta məktəb, III yeri 117 saylı tam orta məktəb tutmuşdur. Hərbi idman oyununda I yeri tutan komanda Bakı şəhər mərhələsinə vəsiqə qazanmışdır.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi















Geri qayıt