Əsas Səhifə > Maraq > Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb


19-06-2024, 21:47


Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

BrendSport.az
xəbər verir ki, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.
Geri qayıt