Əsas Səhifə > Maraq > Avropa Liqası: “Zirə”nin potensial rəqibi açıqlanıb

Avropa Liqası: “Zirə”nin potensial rəqibi açıqlanıb


19-06-2024, 15:30


“Zirə” klubunun UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

BrendSport.az
xəbər verir ki, Bakı təmsilçisinin mümkün rəqibi İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.

I təsnifat mərhələsində “Şerif” komandası ilə qarşılaşacaq “qartallar” Moldova klubunu keçəcəyi təqdirdə, II raundda “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
Geri qayıt