Əsas Səhifə > Maraq > Harri Keyn Avropa və dünya çempionatlarında ən çox oyuna çıxan ingiltərəli futbolçu olub

Harri Keyn Avropa və dünya çempionatlarında ən çox oyuna çıxan ingiltərəli futbolçu olub


17-06-2024, 09:30


"Bavariya" klubunda çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

BrendSport.az
xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının I turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.

Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.

Qeyd edək ki, İngiltərə Serbiyanı minimal hesabla üstələyib - 1:0. AVRO-2024 iyulun 14-də başa çatacaq.
Geri qayıt