Əsas Səhifə > Maraq > “Barselona” klubu yeni rekorda imza atıb

“Barselona” klubu yeni rekorda imza atıb


16-04-2018, 21:06


İspaniya La Liqasının 32-ci turunda “Valensiya”nı qəbul edən “Barselona” 2:1 hesablı qələbə qazanıb.

Bu qələbə ilə kataloniyalılar yeni rekorda imza atıblar. Belə ki, “Barselona”nın məğlubiyyətsiz oyun seriyası 39-a çatıb.

Qeyd edək ki, daha əvvəl rekord “Real Sosyedad” klubuna məxsus idi (38). “Barselona” 39 oyunda 32 qələbə qazanıb və 7 heç-heçə edib. “Real Sosyedad” isə 22 qələbəyə sevinib və 16 dəfə meydanı heç-heçə ilə tərk edib.

Azərtac.az
Geri qayıt