Əsas Səhifə > Maraq > Azərbaycan millisi çövkən üzrə dünya çempionatının finalına yüksəlib

Azərbaycan millisi çövkən üzrə dünya çempionatının finalına yüksəlib


14-06-2024, 19:18


Bakıda keçirilən çövkən üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, A qrupundakı son oyununda Özbəkistan yığması ilə qarşılaşan Azərbaycan millisi rəqibini 7 cavabsız qolla məğlub edib. Komandamız bu nəticə ilə qrupu lider kimi başa vurub və finala vəsiqə qazanıb.

Azərbaycan millisi həlledici görüşdə Mərakeş seçməsi ilə üz-üzə gələcək.

Üçüncü yer uğrunda matçda isə Özbəkistan və Nigeriya kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, hər iki qarşılaşma iyunun 16-da olacaq.
Geri qayıt