Əsas Səhifə > Maraq > Rafael Nadal da "Uimbldon" turnirini buraxacaq

Rafael Nadal da "Uimbldon" turnirini buraxacaq


12-06-2024, 18:02


İspaniyanın tanınmış tennisçisi Rafael Nadal "Uimbldon" turnirini buraxacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə tennis üzrə İspaniya millisinin kapitanı David Ferrer məlumat verib. O bildirib ki, 38 yaşlı idmançı yarışa qatılmaqdan imtina edib.

Titullu tennisçinin qərarının səbəbi hələlik məlum deyil.

Daha əvvəl serbiyalı məşhur tennisçi Novak Cokoviç zədələndiyi üçün "Uimbldon"da iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Rafael Nadal karyerası ərzində iki dəfə - 2008-ci və 2010-cu illərdə “Uimbldon” turnirinin qalibi olub.
Geri qayıt