Əsas Səhifə > Maraq > Azərbaycan Atletika Federasiyasının iki hakimi beynəlxalq dərəcə alıb
Azərbaycan Atletika Federasiyasının iki hakimi beynəlxalq dərəcə alıb12-06-2024, 15:03 |
Azərbaycan Atletika Federasiyasının iki nümayəndəsi beynəlxalq dərəcəli hakim adını almaq üçün imtahanı uğurla keçib. BrendSport.az xəbər verir ki, millinin keçmiş üzvü, Olimpiya Oyunlarının iştirakçısı Arif Axundov, eləcə də federasiyanın Beynəlxalq Əlaqələr və İnkişaf Departamentinin müdiri Kənan Məhərrəmov Dünya Atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib. Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli müxtəlif nüfuzlu yarışlarda çalışmaq hüququ əldə edib. Qeyd edək ki, nəticələr bu gün məlum olub. Geri qayıt |