Əsas Səhifə > Maraq > Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordu təkrarlanıb

Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordu təkrarlanıb


11-06-2024, 19:22


"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.

BrendSport.az
xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.

51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.
Geri qayıt