Əsas Səhifə > Maraq > "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb

"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb


6-06-2024, 17:10


"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.

Mərasim oktyabrın 28-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.

Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını Lionel Messi qazanıb. ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz futbolçu səkkizinci dəfə bu mükafata sahib çıxıb.
Geri qayıt