Əsas Səhifə > Maraq > Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar


4-06-2024, 16:44


Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, yarışda ölkəmiz 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunacaq.

Həmçinin turnirdə Azərbaycanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, iyunun 6-9-da təşkil olunacaq qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparacaq.
Geri qayıt