Əsas Səhifə > Maraq > "Real Madrid" Çempionlar Liqasının qalibi olub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub


2-06-2024, 01:00


UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.

İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarını 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə Vinisius Junior vurub.
Geri qayıt