Əsas Səhifə > Maraq > Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb


31-05-2024, 19:30


Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, milli komandamızın üzvü Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəş üzrə yarışda üçüncü yeri tutub.

Qeyd edək ki, o, ümumilikdə 570 xal toplayıb.
Geri qayıt