Əsas Səhifə > Maraq > Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında məğlub olub


31-05-2024, 21:20


Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

BrendSport.az
xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda rəqibinə 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə uduzub.

Qeyd edək ki, kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılaşacaq.
Geri qayıt