Əsas Səhifə > Maraq > Azərbaycanın daha bir boksçusu Paris Olimpiadasına lisenziya qazanıb
Azərbaycanın daha bir boksçusu Paris Olimpiadasına lisenziya qazanıb31-05-2024, 15:02 |
Azərbaycan boksçusu Malik Həsənov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. BrendSport.az xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub. Boksçu 1/4 finalda Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib. Bu, boks üzrə Azərbaycan millisinin “Paris-2024”ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb. Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər. Geri qayıt |