Əsas Səhifə > Maraq > Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq


30-05-2024, 17:17


Azərbaycanın güllə atıcıları Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, yığmanın heyətində Nigar Nəsirova və Ruslan Lunyov qüvvəsini sınayacaq.

Mayın 31-dən iyunun 8-dək baş tutacaq yarış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalı qazanmaq baxımından son beynəlxalq turnirdir.

İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.
Geri qayıt