Əsas Səhifə > Maraq > Hans-Diter Flik “Barselona”da

Hans-Diter Flik “Barselona”da


29-05-2024, 16:10


İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub.

BrendSport.az
xəbər verir ki, bu vəzifəyə almaniyalı Hans-Diter Flik gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

O, bu postda ispaniyalı Xavi Ernandesi əvəzləyib.

Qeyd edək ki, Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.
Geri qayıt