Əsas Səhifə > Maraq > Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb


28-05-2024, 19:49


Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” Avrasiya Kubokunda yüksək nəticələr əldə edib.

BrendSport.az
xəbər verir ki, iki gün davam edən turnirdə 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında (5-7 yaş) yarışlarda dörd qızıl və "Prix Sant George" proqramı üzrə bir bürünc medal qazanıb.

O, “İntermediate 1 Freestyle2 proqramında isə daha bir qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.
Geri qayıt