Əsas Səhifə > Maraq > Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub


24-05-2024, 18:45


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72 kiloqram) bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan güləşçiləri ümumilikdə 11 medal qazanıblar. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
Geri qayıt