Əsas Səhifə > Maraq > AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb


24-05-2024, 14:50


AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

BrendSport.az
xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunun Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, mayın 31-də Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da keçiriləcək.
Geri qayıt