Əsas Səhifə > Maraq > Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib


23-05-2024, 15:10


Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, iki gün davam edən hazırlıq prosesinə yığmanın məşqçisi Elxan Rəcəblinin rəhbərliyi ilə 12 idmançı qatılıb.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.
Geri qayıt