Əsas Səhifə > Maraq > Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının qızıl medalına yiyələnib22-05-2024, 20:53 |
Azərbaycanın daha bir yunan-Roma güləşçisi - Qurban Qurbanov Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. BrendSport.az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı İslam İsmayıloviç Əliyevlə qarşılaşıb. Rəqibinə 8:2 hesabı ilə qalib gələn Q.Qurbanov Avropa çempionu tituluna yiyələnib. 97 kiloqramda çıxış edən Azərbaycanın digər güləşçisi Murad Əhmədiyev (97 kiloqram) isə finlandiyalı Aapo Viitalanı 11:0 hesabı ilə üstələyərək üçüncü yeri tutub. Daha əvvəl Nihad Quluzadə (60 kiloqram) gümüş medala sahib çıxıb. Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq. Geri qayıt |