Əsas Səhifə > Maraq > Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm


21-05-2024, 13:00


“Bütün Paralimpiya ailəsini ürəkdən təbrik edirəm. Artıq milli komandamız dünya çempionatında üçüncü qızıl medalı qazanıb”.

BrendSport.az
xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan Azərbaycan paraatleti Orxan Aslanov deyib.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən idmançı qələbə təəssüratlarını bölüşüb: “Şadam ki, qızıl medallardan birini mən əldə edərək uğurlu nəticədə pay sahibi oldum. İlk dünya çempionluğunu qazandım. Bu qızıl medal qarşıdan gələn Paris Paralimpiadası öncəsi məndə stimul yaratdı ki, daha həvəslə hazırlaşım. Ümid edirəm ki, milli komanda olaraq Parisdə də yaxşı nəticələr əldə edəcəyik”.

Qeyd edək ki, T13 kateqoriyasında yarışan Orxan Aslanov 7.18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Geri qayıt