Əsas Səhifə > Maraq > Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub


21-05-2024, 19:30


Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli Yüksəl Sarıçiçəklə qarşılaşıb. Rəqibinə 10:1 hesabı ilə qalib gələn idmançı Avropa çempionu olub.

Daha əvvəl Ziya Babaşov 63 kiloqram çəki dərəcəsində finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

55 kiloqramda yarışan Rəşad Məmmədov isə ukraynalı İvan Stefanskini 7:0 hesabı ilə məğlub edərək qitə üçüncüsü olub.

Nihad Quluzadə (60 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
Geri qayıt