Əsas Səhifə > Maraq > Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib20-05-2024, 18:40 |
Azərbaycan güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib. BrendSport.az xəbər verir ki, 63 kiloqramda mübarizə aparan idmançı yarımfinalda israilli Abere Fetene ilə üz-üzə gəlib. Rəqibinə 5:3 hesabı ilə qalib gələn Z. Babaşov adını finala yazdırıb. Daha əvvəl 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub. O, sabah 3-cü yer uğrunda görüşə çıxacaq. Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq. Geri qayıt |