Əsas Səhifə > Maraq > Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaqlar


14-05-2024, 16:40


Azərbaycanın boks millisi Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Elorda Cup” beynəlxalq turnirində mübarizə aparacaq.

BrendSport.az
xəbər verir ki, bu gün start götürəcək yarışda yığmanın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kiloqram), Kamil Babayev (57 kiloqram), Ramazan Abdullayev (63,5 kiloqram), Rasim Çobanlı (75 kiloqram), Murad Allahverdiyev (86 kiloqram) və Məhəmməd Abdullayevi (+92 kiloqram) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə isə hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan komandaları da qatılıblar.
Geri qayıt